Gürcüstan Milli Bankı uçot dərəcəsini yenidən artırıb
Gürcüstan Milli Bankı uçot dərəcəsini yenidən artırıb.
AZƏRTAC xəbər verir ki, bankın Monetar siyasət departamentinin qəbul etdiyi qərar əsasən, uçot dərəcəsi 0,5 faiz artırılaraq 7,5 faizə çatdırılıb.
Milli Bankdan bildirilib ki, bank cari iqtisadi prosesləri, maliyyə bazarlarına nəzarəti davam etdirəcək, qiymətlərin sabitliyinin təmin olunması üçün səlahiyyətində olan alətlərdən istifadə edəcək.
Məlumat üçün qeyd edək ki, Gürcüstan Milli Bankı sentyabrın 4-də uçot dərəcəsini 0,5 faiz artıraraq 7 faizə çatdırmışdı.