Mixael Şumaxerin oğlu və qardaşı oğlu Soçidə Formula 2 və Formula 3 yürüşlərində çıxış edəcəklər
Formula 1 avtoyürüşlərinin maşın seriyası üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu və qardaşı oğlu Mik və Devid Şumaxerlər Soçidə müvafiq olaraq, Formula 2 və Formula 3 yarışlarında çıxış edəcəklər.
Bu barədə Soçi avtodromunun mətbuat xidməti tərəfindən jurnalistlərə bildirilib.
Soçi Qran-Prisi sentyabrın 26-dan 29-dək keçiriləcək. Formula 3 yürüşlərində, həmçinin ümumi hesabda lider olan rusiyalı Robert Şvartsman da iştirak edəcək.
"Formula 3 yarışlarının İspaniyadan olan "Campos Racing” komandası elan edib ki, mövsümün yekun mərhələsinin keçiriləcəyi Rusiyada komandanı Formula 1 yarışlarının tanınmış pilotu Ralf Şumaxerin oğlu və yeddiqat dünya çempionu Mixael Şumaxerin qardaşı oğlu 17 yaşlı Devid Şumaxer təmsil edəcək. O, Soçi mərhələsi zamanı məşhur avtoyürüşçü ailəsinin ikinci nümayəndəsi olacaq: Formula 2 yarışlarında, həmçinin Mixael Şumaxerin 20 yaşlı oğlu Mik də start götürəcək”, - deyə məlumatda bildirilir.
20 yaşlı Mik Şumaxer Formula 2 yarışlarının ümumi hesabında 11-ci yerdə, Devid Şumaxer isə Formula 3 yürüşlərinin ümumi hesabında 17-ci yerdə qərarlaşıblar.