Yanğını pivə ilə söndürdü
Almaniyalı avtomobil həvəskarı yanan mühərriki bir neçə butulka ilə söndürüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, kişi Bavariyanın Hesbah şəhəri yaxınlığında gedərkən qəribə qoxu hiss edib. Sonra öz maşınının kapotunun altından alov çıxdığını görüb.
O, dərhal salondan bir neçə butulka pivə götürərək alovun üstünə səpib. Yanğınsöndürənlər hadisə yerinə çatanda alov artıq sönmüş olub.