Azərbaycan nefti ucuzlaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 66,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 64,03 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.