"Taliban" 15 polisi öldürdü
Taliban terrorçuları Əfqanıstanın şimalındakı Fəryab vilayətində polis məntəqəsinə hücum edib.
Qaynarinfo xəbər verir ki, hücumdan sonra baş verən qarşıdurmada 15 polis öldürülüb, 15-i yaralanıb.
Terrorçuların da itki verdiyi bildirilir.