Türkiyə İrandan neft almağa davam edəcək
Türkiyə İrandan enerji resursları almağa davam edəcək. FaktXeber.com-un Reuters-ə istinadla verdiyi məlumata görə, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan söyləyib. Eyni zamanda, Türkiyə lideri qeyd edib ki, Ankara Amerika sanksiyalarından qorxmur və Tehranla ticarəti davam etdirmək niyyətindədir.

Türkiyə ölkənin ehtiyac duyduğu neftin çox hissəsini İrandan alır. Bəzi hesablamalara görə, Tehran ötən il Ankaraya 25 milyon tondan çox xammal tədarük edib.