İmamoğlu: “İstanbulda qəzalı binaların sayı bizi narahat edir”
“İstanbulda qəzalı vəziyyətdə olan binaların sayı hamını narahat edir”.
APA-nın xəbərinə görə, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.
O bildirib ki, zəlzələ tək başına can almır, insanı ehtiyatsızlıq öldürür.
Ə. İmamoğlunun sözlərinə görə, bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində insan itkisi yoxdur.
“Bu gün ciddi bir xəbərdarlıq almışıq. İstanbulda vəzifəmizi sona qədər yerinə yetirəcəyik. Heç kim buna şübhə etməsin”, - deyə Ə. İmamoğlu qeyd edib.
Xatırladaq ki, bu gün İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb.