Yunanıstanda miqrantlarla bağlı vəziyyət gərginləşir
Yunanıstanın Lesbos, Xios və Samos adalarına miqrantların axını davam edir. Son 48 saat ərzində adalara 800 miqrant qeyri-qanuni daxil olub. Avropa Komissiyası Yunanıstana qeyri-qanuni daxil olan qaçqın axınından xəbərdar olduğunu bildirib.
Miqrantları yerləşdirmək üçün düşərgələrdə yer çatışmazlığı vəziyyəti daha da çətinləşdirir. Bunun üçün onları ayıraraq ölkə ərazisində müxtəlif düşərgələrdə yerləşdirirlər.
Qeyd edək ki, qaçqınların adalarda məskunlaşması yerli əhalini də narahat edir. Bununla bağlı etiraz aksiyaların keçirilməsinə baxmayaraq, vəziyyətdən çıxış yolu hələ də görünmür. (AZƏRTAC)