Peskov Putinin xüsusi mobil telefonunun olduğu ilə bağlı zarafat edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının ofisindən kənarda danışmaq üçün istifadə etdiyi xüsusi mobil telefonun olduğu ilə bağlı zarafat edib.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, "Moskovskiy Komsomoles" qəzeti prezident Vladimir Putinin ofisindən kənarda danışmaq üçün nəzərdə tutulmuş xüsusi "qalın" mobil telefonun olduğunu iddia etmişdi.

RİA Novosti-nin bu məlumatın doğru olub-olmadığı sualına cavabında Peskov zarafatca deyib: "Çox da qalın deyil".