Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 64,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.

  FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,15 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır. (Trend.az)