Çeçenistan rəhbəri yanğın zamanı mahnı oxuyanı axtarır - Video

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda “Grand Park” ticarət mərkəzində baş verən yanğın zamanı “qori-qori yasno” mahnısını oxuyan adamın tapılıb həbs olunmasını əmr edib.

  Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, "bir nəfər durub ticarət mərkəzinin yanmasının video çəkilişini edib və "yan-yan aydındır" deyə mahnı oxuyaraq başqalarının kədərinə sevindiyini nümaiş etdirib. Bu kimdirsə, tapılıb cəzalandırılmalıdır", -deyə Çeçenistan rəhbəri bildirib. Kadırov bildirib ki, yalan mesajların yayılması “müalicə edilməli olan bir xəstəlikdir”. Qeyd edək ki, sentyabrın 19-da Qroznıdakı “Grand Park” ticarət mərkəzində yanğın olub. Yanğın 700 kvadratmetr ərazini əhatə edib. Lakin ticarət mərkəzindəki qonaqlar binadan vaxtında təxliyyə edilib.