Gəncədə oğurlandığı deyilən qadın tapılıb
Gəncədə itkin düşən üç uşaq anası tapılıb.
 "Legion" xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova dünən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, qohumları sentyabrın 21-də V.Hüseynovanın evinin qabağından qaçırıldığını iddia edirdilər. Polis faktla bağlı araşdırma aparır.oxu.az