Əfqanıstan prezidentini seçir
Əfqanıstanda prezident seçkiləri keçirilir.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı postuna 16 nəfər iddialıdır. 37 milyon əhalisi olan ölkədə təxminən 10 milyon insan səs vermək üçün qeydiyyatdan keçib. 
Əsas mübarizə hazırkı prezident Əşrəf Qəni və İcra başçısı Abdulla Abdulla arasında gedəcək. 
Seçkilərlə əlaqədar ciddi təhlükəsizlik tədbirləri təşkil olunub.