İstanbul beşik kimi yelləndi, əhali parklarda gecələməli oldu - Fotolar
İstanbulda son 24 saat ərzində ən şiddətlisi 5.8 bal olmaqla ümumilikdə, 68 zəlzələ baş verib. "Yeni Sabah" bildirir ki, zəlzələlərdən 34-ü 3 baldan yuxarı olub. Gecə saatlarında da silkələnməyə davam edən şəhərdə əhali təşvişə düşüb.  Yüzlərlə insan gecəni parklarda və bağçalarda keçirməyə üstünlük verib. Binalardan uzaq ərazilərə axın edənlərdən bəziləri çadır qurub, bəziləri isə yerə sərdikləri xalçaların üstündə gecələyib.