Vladivostokda temperatur 80 ilin rekordunu qırdı
Rusiyanın Vladivostok şəhərində temperatur sentyabrın 29-da 1938-ci ilin rekordunu yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Primorsk Hidrometrologiya İdarəsi yayıb. Məlumata görə, şəhərdə temperatur ötən gün 26 dərəcəyə qədər yüksəlib. Bu, son 81 ildə ən yüksək temperatur olub. Bazar ertəsi temperatur 12-13 dərəcəyə enib.