Moskva mitinqi: azadlığı tələb olunan nümayişçilər buraxılıb

Minlərlər rusiyalı Moskvada etiraz nümayişi keçirərək həbs olunmuş nümayişçilərin azad edilməsini tələb ediblər. Etiraz nümayişlərinin monitorinqini aparan Ağ Sayıcı adlı təşkilat bazar günü 24 min nəfərin gəldiyini bildirib, polis isə bu rəqəmin 20 min olduğunu deyib. İyul ayında hökumət müxalif namizədlərin yerli seçkidən uzaqlaşdırılmasına etiraz edən mindən çox şəxsi saxlayıb. Həbs olunanların bəzilərinə verilən ağır cəzalar nadir görülən səs-küy yaradıb. Rusiya məhkəmələri son həftələrdə geri çəkilmiş kimi görünürlər, bəzilərinə qarşı ittihamları ləğv edib, bir nəfəri girov müqabilində sərbəst buraxıblar. Lakin nümayişçilər bütün etirazçıların sərbəst buraxılmasını tələb edirlər.

Moskvada nə baş verib?

Mitinqdə nümayişçilər həbsdə olan bəzi etirazçıların fotosu olan plakatlar qaldırıblar və onlara azadlıq tələb ediblər. Moskvada etiraz aksiyaları Bəziləri əllərində saxlanmış və həbs olunmuş etirazçıların şəkli olan plakatlar tutublar. Moskvada etiraz aksiyaları
Bazar günü etirazçılara müraciət edən Lyubov Sobol yay etirazlarının əsas fiqurlarından biridir. Əsas müxalifət nümayəndələrindən Aleksey Navalni və Lyubov Sobol bazar günü izdihama müraciət ediblər. "Biz öz hüquqlarımıza hörmət edilməsini tələb etməyə davam etməliyik, çünki onlar bizə küçələrdə etiraz etməkdən başqa seçim qoymadılar", Lyubov Sobol bildirib. Aleksey Navalni polis zorakılığını qınayıb və insanları gələcəkdə keçiriləcək mitinqlərə qoşulmağa çağırıb. Özəl xəbər agentliyi İnterfaks mitinqdə həbslərin olmadığını xəbərini verib. "Polis əməkdaşları və Rusiya Milli Qvardiyasının nümayəndələri ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin edirlər", Moskva polisinin mətbuat xidmətindən mitinq başladıqdan sonra bildiriblər.

Hadisələrin arxa fonunda nə dayanır?

İyul ayında müstəqil və müxalifət namizədləri üçün sentyabrın 8-də Moskva Şəhər Bələdiyyəsinə keçiriləcək seçkilərə qatıla bilməmələri üçün texniki cəhətdən maneələr yaradılıb. Rəsmilər bu namizədlərin yetərli imza toplaya bilməmələrini əsas gətiriblər, müxalif və müstəqil namizədlərsə bu iddianı rədd ediblər. On minlərlə şəxs küçələrdə Rusiyada uzun illərin ən böyük etiraz aksiyaları ilə buna etirazlarnı bildiriblər. Təhlükəsizlik qüvvələri nümayişçilərin qanunsuz tədbirlərdə iştirak etməklə qanunu pozduqlarını söyləyərək, mitinqləri yatırmaq üçün dəyənək və kütləvi həbslərdən istifadə ediblər. Müxalifət liderləri daha sonra yerli seçkilərdə insanları Rusiya prezidenti Vladimir Putini dəstəkləyən hakim "Vahid Rusiya" partiyası əleyhinə taktiki səs verməyə çağırıblar. Vahid Rusiya şəhər şurasındakı yerlərinin üçdə birini itirib. Bəzi etirazçıların dörd ilədək həbs cəzası almasına etiraz nümayişi zamanı etirazçılara güc tətbiq etdiyi üçün narazılıqla qarşılaşan səlahiyyətlilər geri çəkilib. Məsələn, 23 yaşlı aktyor Pavel Ustinov iyul mitinqlərindən sonra bir polis məmurunu yaraladığı üçün üç il yarım cəza alıb. Bununla yanaşı, cənab Ustinov etirazla əlaqəsi olmadığını və əslində məmurlarla qarşılaşdıqda bir dostu ilə görüşə getdiyini söyləyib. Müəllimlər, İT mütəxəssisləri, aktyorlar və Pravoslav kahinlərinin olduğu qarşıdurmada saxlanmış aktyor müraciət etdikdən sonra sərbəst buraxılıb.