ABŞ-da həyat yoldaşını öldürmək istəyən kişi iflic oldu
ABŞ-da həyat yoldaşını öldürmək üçün plan quran kişi iflic olub. “Report” un məlumatına görə, bu barədə “Unilad” məlumat yayıb. Qeyd olunub ki, 65 yaşlı Henri Herbiq bir neçə həftə ərzində ondan ayrı yaşayan arvadını öldürmək üçün plan hazırlayıb və bunu da adam oğurluğu etmək adı altında həyata keçirmək istəyib. Hətta o, avtomobil üçün yanacaq dolduranda təhlükəsizlik kamerasına düşməmək üçün qaz balonları ilə onların görüntüsünün qarşısını kəsib. Herbiq həmçinin kifayət qədər üzərində nəğd pul götürüb və “GPS” ilə yerinin bilinməməsi üçün mobil telefonunu da evdə qoyub. Maşına isə qətli törtəmək üçün bir neçə silah və böyük açar qoyub. Kişi arvadının evinə gələndə itlə gəzintiyə çıxan ögey qızının başına açarla vurub və evə girərək arvadının üz nahiyəsinə zərbələr endirməyə başlayıb. Ancaq o, qurbanların müqavimət göstərə biləcəyini nəzərə almayıb. Belə ki, ögey qızı kişinin silahını alaraq ona atəş açıb və nəticədə, güllə onu kürəyinə dəyib. Güllə yarası alan 65 yaşlı kişi iflic olub. Polis Herbiqin avtomobilindən özündə cinayət planını əks etdirən məktubu tapıb. İndi məhkəmə kişinin həbsxanaya göndərilib-göndərilməməsi və ya vəziyyəti ilə əlaqədar azadlığa buraxılması barədə qərar verməlidir.