Gürcüstanda hərəkat lideri həbs edilib
“Qalib Gürcüstan” hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hərəkatın üzvü Kote Kemularia məlumat verib.

Hərəkat liderinin inzibati qaydada həbs edildiyi bildirilib.

Qeyd edək ki, bu ilin 11 iyununda təsis edilən siyasi hərəkatın qurucusu, Gürcüstanın sabiq müdafiə naziri İ. Okuraşvili də həbsdədir. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib.