Sabah Rafael Cəbrayılovun mandatının ləğvi ilə bağlı qərar veriləcək
Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. Oxu.Az xəbər verir ki, iclasda Rafael Cəbrayılovun mandatına xitam verilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.  Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.  Xatırladaq ki, R.Cəbrayılov özü Milli Məclisə müraciət edərək mandatından məhrum edilməsini istəyib.