"Spartak" baş məşqçisi ilə yollarını ayırdı
“Spartak” baş məşqçisi Oleq Kononovla yollarını ayırıb. Trend-in məlumatına görə, onun istefası Rusiya Premyer Liqanın 11-ci turunda “Orenburq”a məğlubiyyətdən (1:2) sonra rəhbərlik tərəfindən qəbul edilib. Xatırladaq ki, Kononov 2018-ci ilin noyabrından “Spartak”ı çalışdırırdı.

Qeyd edək ki, “Spartak” Rusiya Premyer Liqasında 11 turdan sonra 14 xalla 16 komanda arasında 9-cu pillədə qərarlaşıb. Sözügedən klubda azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış edir.