Rusiyada ərzaq kəskin bahalaşacaq – XƏBƏRDARLIQ
Rusiyada ərzaq məhsullarının kəskin bahalaşması gözlənilir. Artıq bununla bağlı əhaliyə xəbərdarlıq edilib. Cebhe.info xəbər verir ki, Pərakəndə Satış Şirkətləri Asossiasiyasının məlumatına görə, bu ilin sonuna qədər bahalaşma 3,5 faiz olacaq. Ən çox bahalaşan məhsullar yumurta, şəkər tozu, quş ətidir. Erkspertlər bunun səbəbini mövsümü amillərlə əlaqələndirir. Süd məhsullarının da qiymətində bahalaşma gözlənilir. Burada artım 10 faiz olacaq. Səbəb isə 1 noyabrdan elektron baytarlıq sertifikatının tətbiqidir.