“Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq
Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.
“Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.
Bu görüş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.
Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.
Qeyd edək ki, A qrupunun digər matçında “Sevilya” APOEL-i qəbul edəcəcək.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu,  II tur
3 oktyabr
23.00 Düdelanj (Lüksemburq) – Qarabağ (Azərbaycan)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
“Jozi Bartel” stadionu.