Şimali Koreya yeni ballistik raket sınağı keçirib
Şimali Koreya rəhbərliyi yeni raket sınağı həyata keçirib.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Pukguksong-3” ballistik raketlərinin sınağı ölkənin şərq sahillərində həyata keçirilib. Sualtı qayıqdan atılan ballistik raket dəqiq hədəfi vurub. Uğurlu sınaqla bağlı Şimali Koreya lideri Kim Çen In hərbi komandanlığı təbrik edib.