İtaliya A seriyasında çıxış edən klubun sahibi vəfat edib
İtaliya A seriyasında çıxış edən “Sassuolo” klubunun sahibi Corcio Skuintsi vəfat edib. “Report” xəbər verir ki, iş adamı 76 yaşında uzun sürən xəstəlikdən sonra ölüb. Qeyd edək ki, Skuintsi “Sassuolo”nu 2002-ci ildə alıb. Klub onun dönəmində C2 seriyasından yüksək dəstəyə qədər yüksəlib və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Mapei-Quick Step” velosiped komandasını da maliyyələşdirən iş adamı həm də “Milan” azarkeşi idi.