Londonda ekoaktivistlər Xəzinədarlıq idarəsinə süni qan püskürdüb
Londonda ekoaktivistlər Vestminster ərazisində yerləşən Xəzinədarlıq idarəsinə qanı xatırladan qırmızı maye püskürdüb. Aksiya iştirakçıları İngiltərə hakimiyyətini qlobal istiləşmə ilə lazımı səviyyədə mübarizə aparmamaqda günahlandırıb. İştirakçılar, həmçinin ölkənin Yaxın Şərqdəki hərbi rolunu da tənqid ediblər. Aksiya nəticəsində 4 nəfər həbs edilib.