Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi - Qalib tay-brekə qaldı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında  Dinq Lirenlə (Çin) növbəti – 4-cü görüşünü bitirib. Modern.az xəbər verir ki, qarşılaşma heç-heçə başa çatıb. Bununla da tərəflər arasında bərabərlik davam edir. İndiyə qədər keçirilən 3 görüşdən 1-də Teymur, 1-də Liren qalib gəlib. Digər matç isə heç-heçə başa çatıb. 4 görüşdən sonra hesab bərabər olduğu üçün tərəflər tay-brek oynayacaqlar. Sabah tərəflər tay-brekdə üz-üzə gələcəklər.