“Mahmud Tağıyevin maliyyə mənbəyi haradan idi?”sualına cavab(AUDİO,VİDEO)
Bu yaxınlarda tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində  şərlənərək həbs olunan jurnalist Mahmud Tağıyevlə bağlı status paylaşmışdı.Həmin statusda  bildirlir ki.12 il azadlıqdan məhrum edilmiş “Qafqaz” Xəbər Agentliyinin baş direktoru Mahmud Tağıyevin həyat yoldaşı Kəmalə Tağıyeva aidiyyatı qurumlara və ictimaiyyətə müraciət edərək ərinin azadlığa çıxması üçün dəstək istəyib. O, ərinin həbsi arxasında Baş prokurorluğun idarə rəisi Kamal Qılıcovun dayandığını bildirir. Məsələnin aktuallığını nəzərə alan Oktay Gülaliyev  Kəmalə Tağıyevanın müraciətini olduğu kimi paylaşıb.   Həmin paylaşıma şərh yazan feysbuk istifadəçilərdən biri Mahmud Tağıyevin rəhbəri olduğu  mətbu orqanları hansı maliyyə qaynağı ilə  maliyyəşdirdiyi  barəsində ittihamedici sual səsləndirib.

“Mahmud Tağıyevin maliyyə mənbəyi haradan idi?”sualına cavab olaraq bildirmək istəyirik ki,Mahmud Tağıyev  2009-cu ildən biznes  fəaliyyəti ilə məşğul olub.Qeyd etmək lazımdır ki,onun mətbuata gəlişi heç də təsadüfi  olmayıb. Mahmud Tağıyev dəfələrlə Azərbaycanın gömrük xidmətində  qarşılaşdığı özbaşınalıq və qanunsuzluqlarla bağlı  ölkə mətbuatında çıxış edib,müsahibələr vermişdir. Sahibkar olaraq onun şikayətləri  “YouTube” kanalında yerləşdirilib ,saytlarda, qəzetlərdə dərc olunmuşdur.Bundan başqa Mahmud Tağıyev qarşılaşdığı qanunsuzluqlarla əlaqədar mətbuat konfransları da təşkil edərək,jurnalistlər qarşısında açıqlamalar vermişdir,məmurların korrupsiya  əməllərini ifşa etmişdir.İnternetdə onun sahibkarlıq fəaliyyəti bağlı  gedən yazıların linklərini və mətbuat konfransının videosunu,aidionu  təqdim edirik.

Legion.az

Biznesmen gömrükdən ilginc faktlar açıqladı

Biznes: bacarıq yoxsa yuxarıda adam?(azadliq.org, yanvar 25, 2011 )

Gürcüstanda 2 manata satılan qoyun əti Bakıda necə 7 manat olur? (azadliq.org, dekabr 05, 2010 )