Azərbaycanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu
Beyləqanda məktəbliləri maşın vurub. APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən üç yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.