"Əllərim olmadan da xoşbəxtəm" kitabının müəllifi yenidən ailə həyatı qurur

Rusiyada keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəmnində əlləri kəsilmiş qadın yenidən ailə həyatı qurur.

  Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Marqarita Qraçova "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə məlumat yayıb. Qraçova həm də, müəllifi olduğu "Əllərim olmadan da xoşbəxtəm" kitabından danışıb, böyük ailə və sevən həyat yoldaşı istədiyini bildirib. Onun sözlərinə görə, kitabının son hissəsində qeyd olunan "Mr X" ona evlilik təklifi edib: "Nigah olacaq, lakin, bu il yox".