Ermənistanda silahlı insident - 3 ÖLÜ, 5 YARALI
Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib. Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beş nəfər isə yaralanıb. Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb. Qətli törədən Vanadzor sakini saxlanılıb. O, cinayət törətdiyini etiraf edib.