AQTA-nın şöbə rəisi işdən çıxarıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinin rəisi işdən çıxarılıb. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Rauf Əlizadə tutduğu vəzifədən azad edilib, onun əvəzinə Samir Əliyev bu vıəzifəyə təyinat alıb. Qeyd edək ki, S.Əliyev bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.