Milli Məclis bu gün yeni Baş nazir seçəcək - TƏCİLİ
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq. Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib. Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.