Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar

Səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun kənarında 18 yaşlı qız huşsuz vəziyyətdə tapılıb.

Oxu.Az xəbər verir ki, araşdırma zamanı onun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyənləşdirilib. Kənd sakinləri qızı xəstəxanaya aparıb. Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib.  A.Quliyeva komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib. Fakt araşdırılır.