Əli Əsədov Baş Nazir təyin edilib- SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yeni Baş Nazirin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərtac xəbər verir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.