Beynəlxalq Bank özəlləşdirilir? – Sədrdən dividend ödənişi ilə bağlı açıqlama
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”. "Legion" xəbər verir ki, bunu report-a açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. “Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, – deyə o, qeyd edib. Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: “Buna səhmdarlar qərar verəcəklər”. A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb. Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.