“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi” - Tramp
“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

O qeyd edib ki, bir neçə qrup arasında yüz illərdir münaqişələr davam edir.

“ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi. Avropanın qəbul etmədiyi İŞİD-çiləri də Türkiyə almalıdır. Sonu gəlib çıxmayan müharibələr bizim üçün artıq başa çatır”, - deyə D. Tramp bildirib.