Övladları siqaret çəkən valideynlər cəzalandırılacaq
Rusiyada övladları siqaret çəkən valideynlər cəzalandırılacaq.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, hökumət qanun layihəsi ilə bağlı müzakirələrə başlayıb. Layihə övladları siqaret çəkən valideynləri cərimələmək, və ya bir neçə günlük həbs cəzasını nəzərdə tutur. 
Dəyişiklik 2021-ci ildə qüvvəyə minə bilər.
Qeyd edək ki, Rusiyada yeniyetmələrin təxminən 10%-i siqaret çəkir.