Zelenski marketdə 10 saatlıq mətbuat konfransı keçirəcək
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün paytaxt Kiyevdə yerləşən “Kyiv Food Market” adlı ərzaq mağazasında mətbuat konfransı keçirəcək. “Qafqazinfo”nun “112.ua” portalına istinadən verdiyi xəbərə görə, mətbuat marafonu yerli vaxtla saat 10:00-da başlayacaq və 10 saat davam edəcək.  Prezidentin Mətbuat katibi Yuliya Mendel bildirib ki, 300-dən çox jurnalist akkreditasiyadan keçib. Onun sözlərinə görə, media nümayəndələri Zelenskiyə suallarını 7-10 nəfərlik qrup halında suallar verəcək. Hər qrup yarım saatdan bir yenilənəcək. Qruplar akkreditasiyaya görə formalaşdırılacaq. KİV nümayəndələri, həmçinin “Kyiv Food Market” ərazisində təşkil olunan mətbuat mərkəzində işləyə biləcəklər. Orada tədbirin canlı yayımını izləmək imkanı yaradılacaq. Marafon, eyni zamanda, prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən də birbaşa yayımlanacaq. Marketin sahibi Aleks Kuper Ukrayna mediasına açıqlamasında Zelenskinin mətbuat marafonu keçirməsinə baxmayaraq, bazarda bütün satış nöqtələrinin açıq olacağını bildirib.