Dünyanın gözü saatlara dikildi: 22:00-da vaxt bitir
ABŞ ilə əldə edilən razılaşma çərçivəsində terror təşkilatı PKK/YPG-nin nəzərdə tutulan əraziləri tərk etməsi üçün verilən son tarix bu axşam 22.00-da başa çatır.     Qaynarinfo xəbər verir ki, bu saatdan sonra Türkiyə sərhədində 120 kilometrlik sahədə "təhlükəsiz zona” yaradılacaq.   Hürriyet-ə məlumat verən təhlükəsizlik mənbələri 120 saatlıq razılaşmanın uzadılmayacağını ifadə edərək bildirib ki, saat 22.00-da verilən vaxt bitir, ərazidə hələ də terrorçular varsa, zərərsizləşdiriləcək.