Fırıldaqçılar smartfonlardan pul oğurlamağın yeni yolunu tapıblar
Kiberfırıldaqçılar bank müştərilərindən telefonlarına uzaqdan giriş proqramlarını yükləməklə pullarını oğurlaya bilərlər. “RİA Novosti” xəbər verir ki, bu cür fırıldaqdan Rusiyanın iri bankları ayda 6-10 milyon rubl (160-270 min manat) ziyan görür. “Group-IB” şirkətinin başçısı İlya Saçkovun sözlərinə görə, “Secure Bank” sistemi fırıldaq sxemlər vasitəsi ilə fiziki şəxslərin hesablarından hər ay minlərlə pul oğurlamaq cəhdi qeydə alır.