NATO gəmiləri Gürcüstanın Batumi limanına daxil olub
NATO-nun iki hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub. “Report”un yerli bürosu xəbər verir ki, İtaliyanın ITS VESUVIO və Türkiyənin TCG AMASRA gəmiləri NATO-nun SNMCMG2 mina əleyhinə daimi qrupuna daxildir. NATO gəmilərinin iştirakı ilə Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək.