Ermənistan parlamentinin binasının damı yanır
Ermənistan parlamentinin binasında yanğın baş verib. APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Ermənistan parlamentinin inzibati ərazisində yerləşən binanın damı yanır. Hadisə yerinə 15 yanğınsöndürmə briqadası, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin qrupları, təcili yardım cəlb olunub. Zərərçəkənlər barədə məlumat verilmir.