Tbilisidə etiraz parlament qarşısında yenidən etirazlar başladı
Gürcüstanda siyasi gərginlik davam edir.   Modern.az yerli KİV-nə istinadən xəbər verir ki, ötən gün xüsusi təyinatlı polis dəstələri parlament qarşısında qurulan çadırları dağıdıb. Bu zaman 37 mitinq iştirakçısını saxlayıb. Səhər satalarında etirazçılar yenidən parlament önünə gələrək 10-a qədər çadır qurublar.   Xatırladaq ki, hakim “Gürcü Arzusu” partiyası iyul ayında söz versə də, ölkənin seçki sistemini proporsional sistemə keçirməkdən imtina etmişdi. Bu müxalifət qüvvələrinin kəskin etirazına səbəb olub.