Dağıstanda 250 nəfərlik dəstə saxlanıldı
Dağıstanda 250 nəfər üzvü olan Şarapovski cinayətkar şəbəkəsi çökdürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Dəstə üzvlərinin bir sıra qətllərdə və terror hadisələrində iştirak edtdiyi bildirilir. Məlumata gör, saxlanılanlar arasında Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndələri. vəkillər palatasının üzvləri və terrorçu döyüşçülər var.
FSB müstəntiqləri hesab edir ki, 1998-ci ildə Mahaçqalada terror aktı təşkil edib həyata keçirən Şarapovski qruplaşmasıdır.
Qeyd edək ki, partlayış Parxomenko küçəsində törədiliş və 4-ü uşaq olmaqla 18 nəfər həyatını itirmiş, 160-dan çox insan yaralanmışdı. hadisə nəticəsində 29 yaşayış binası isə tamamilə dağılmışdı.