Gürcüstan müxalifəti etiraz aksiyalarını davam etdirir
Gürcüstan paytaxtı Tbilisidə etiraz aksiyaları davam edir.   Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılmış “Avropa Gürcüstanı – Azadlıq Uğrunda Hərəkat” partiyasının lideri, Tbilisinin eks-meri Qiqi Uqulava azad olunaraq aksiyanın keçirildiyi Milli Kitabxananın qarşısına gəlib. Uqulava polisin onu zorakılıq olmasına deyə saxladığını bəhanə gətirdiyini də sözlərinə əlavə edib. O, saxlanılan 3 tərəfdarının dərhal buraxılmasını da tələb edib.   Müxalifətçilər Milli Kitabxanada ölkənin ədliyyə naziri Teya Çulukianinin təşkil etdiyi tədbiri pozmağa da cəhd ediblər. Gürcüstanda kütləvi etirazlar noyabrın 14-də parlamentin yeni konstitusion dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb.