"Gürcüstan parlamentinə kimyəvi hücum olub" - Spiker
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda baş verən insidenti kimyəvi hücum kimi qiymətləndirib. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. A.Talakvadze insident zamanı bir neçə nəfərin zəhərləndiyini və onlara tibbi yardım göstərildiyini deyib. Parlament sədrinin sözlərinə görə, hansı kimyəvi maddənin istifadə edilməsi və insidenti kimin tərəfindən törədilməsini müəyyən etmək üçün tədbirlər həyata keçirilir.