Saakaşvilinin iqamətgahını auksionda satdılar
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 7,5 milyon lariyə (4,5 milyon AZN) satılıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mestiya qəsəbəsində yerləşən iqamətgah ilkin dəyərindən 308 faiz baha qiymətə satılıb. İqamətgahın yeni sahibi “Aiqvinis saxli” adlı özəl şirkətdir.
Prezident iqamətgahı 2011-ci ildə tikilib. Saakaşvilinin ondan istifadə edib-etmədiyi məlum deyil. Çünki növbəti ildə onun partiyası parlament seçkilərində uduzmuş və daha sonra onun öz prezidentlik müddəti bitmişdi.