Parlament seçkilərində iştirak üçün neçə nəfərin namizədliyi təsdiq olunub?
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, həmin şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub. Onlardan 29-u isə imza vərəqələrini artıq götürüb.