Bakıda gənc məmur ad günündə özünü öldürdü
Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib. Legion.az   xəbər verir ki, bu barədə Unikal.org-a onun yaxınları məlumat verib. Məlumata görə, hadisə mərhumun ad günündə baş verib. Belə ki, E.Əlizadə yaxınları ilə doğum gününü qeyd etdikdən sonra, naməlum səbəblərdən yaşadığı evdə özünü asaraq intihar edib. Onun intihar etməsinin səbəbi bilinmir. Mərhum ötən gün Yasamal qəbirstanlığında dəfn edilib. Qeyd edək ki, E.Əlizadə bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb.