Berlin iki rus diplomatı qovdu, AB dəstəklədi
Gürcüstan vətəndaşının qətli ilə bağlı təhqiqat və Almaniyadan Rusiya Səfirliyinin iki əməkdaşının deportasiyası Moskva-Brüssel münasibətlərinə təsir göstərə bilər. Axar.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Avropa Birliyinin Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer deyib. “Avropa Birliyi Almaniyanın ədalət və baş verənlərə görə cavabdehləri müəyyənləşdirmək istəklərini dəstəkləyir”, – deyə o bildirib.